Futbol üzrə Uels çempionatında "Port Tolbot" və "Taffs Vell" komandaları arasında keçirilən matç zəlzələ səbəbindən bir neçə dəqiqəlik dayandırılıb.
Unikal.org Rusiya mətuatına istinadən xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.
Britaniya Geoloji Xidmətinin (BGS) məlumatına görə, 4,4 maqnituda gücündə zəlzələ son 10 ildə Krallıqda qeydə alınan ən güclü yeraltı təkan olub. Port-Tolbot şəhəri episentrdən 20 kilometr məsafədə yerləşir. Təbii fəlakət nəticəsində zərər çəkən olmayıb.
Dayandırıldıqdan sonra matç davam etdirilib və 2:1 hesabı ilə "Port-Tolbot"un xeyrinə başa çatıb.