"Azərbaycan musiqisi hələki can verir və bunu diriltməyin zamanı çatıb.
Unikal.org xəbər verir ki, bunu "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində müğənni Nadir Qafarzadə bildirib.
O vurğulayıb ki, Azərbaycan musiqisinə hələlik rəhmət diləmir, çünki tam ölməyib: "Musiqimiz hələki can verir. Gəlin, bu musiqiyə su, dərman verək və iynə vurub dirildəyin. Hələki rəhmət diləmirəm. Çünki, Azərbaycan musiqisi hələki tam ölməyib.
Nadir Qafarzadə deyib ki, o, Türkiyədə verilişlərə baxanda könlü açılır: "Verilişə baxırsan görürsən ki, hansısa müğənni oxuyur. Tamaşaçılarda müğənni ilə bərabər oxuyur və ona dəstək olurlar. Amma bizimkilərin birinə yaxınlaş soruş ki, filan mahnının nəqarəti necədir və yaxud sözlərini kim yazıb bilmir. Bizimkilərdən xarici musiqilərin sözlərini soruş sənə desinlər. Xarici musiqilərin sözlərini bilir, öz musiqimizin sözlərini bilmirlər. Bax budur yaralı yerimiz.
Nadir Qafarzadə ictimai nəqliyyatda ən çox dinlənilən musiqilərdəndə söz açıb: "O musiqilərə bizimkilər "hit deyir. Onun harası hit musiqi ola bilər?. Avtovağzallarda, avtobuslarda bomujların qulaq asdığı musiqi necə hit ola bilər? Mən vətənpərvərlik mövzusunda mahnı oxuyub yotube-yə yerləşdirmişəm. Amma heç kim dinləmir. Yalandan da orda-burda deyirlər ki, biz vətənpərvərik. Onlar yalançı vətənpərvərdirlər. Harda səviyəsiz musiqilər var, bizim insanların əksəriyəti onu dinləyir.