ARB TV-nin "Sayqa ilə bu axşam" proqramının növbəti qonağı əməkdar artist Hicran Nəsirova olub.

Unikal.org xəbər verir ki, aktrisa həmkarı, Xalq artisti Zərnigar Ağakişiyevanın ölümündən təsirləndiyini bildirib:

"Xəbəri görəndə təzyiqim necə qalxdısa yerimdən dura bilmədim. Hadisəni eşitməzdən 3 gün qabaq hər gün deyirdim ki, zəng edim. Başım qarışırdı. Xəbəri biləndən sonra bildim ki, artıq yoxdur. Mən hiss edirmişəm ki, bu pisdir".