Müğənni Beyons və reper əri Cey Zi ötən gün rəssam Mark Bredfordun Los-Ancelesdə təşkil etdiyi sərgiyə qatılıblar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı ifaçı və 48 yaşlı reper bu dəfə də geyimləri ilə diqqət çəkiblər.
Sadə, lakin cazibədar geyinən Beyonsun əynində Avstraliyanın məşhur markası "Ellery"dən qısa qara ətək və qəhvəyi köynək olub. O, "Alexander Wang"dan geyindiyi ayaqqabı, zümrüd rəngli klaç və qara eynəyi ilə göz oxşayıb.
Cey Zi qara geyimini ağ idman ayaqqabısı ilə tamamlayıb.