Olimpiya çempionu sərbəst güləşçi Toğrul Əsgərov milli komandaya qayıdıb. Unikal.org-un məlumatına görə, olimpiya çempionu yığmanın tərkibində təlim-məşqlərə start verib.
Artıq iki gündür məşqlərə başlayan olimpiya çempionu yarışlara 1 illik diskvalifikasiya cəzası bitdikdən sonra qatıla bilər.
Qeyd edək ki, AMADA-nın icazəsiylə məşqlərə qatılan T.Əsgərovun cəzası aprel ayında başa çatacaq.
Aygün İlqarqızı