Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Unikal.org-un məlumatına görə, Prezidentlər Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı antiterror əməliyyatının nəticələrini müzakirə ediblər. Həmçinin İdlib bölgəsində gərginliyin azaldılmasına dair səmərəli fikir mübadiləsi aparılıb.

Prezidentlər ikitərəfli və regional proseslərdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.