Xalq artisti Afaq Bəşirqızı tamaşaçı ilə aktyor əlaqəsindən danışıb.
Unikal.org xəbər verir ki, sənətkar milli.az-a açıqlamasında tamaşanın insanlara təsirindən danışıb:
"Həmişə sən gərək bir sənətkar kimi o məsuliyyəti hiss edəsən ki, tamaşaçı qarşısına çıxırsan. Tamaşaçı gəlib sənə baxmağa, səni tanımağa, səndən nəsə götürməyə. Bəlkə də görmüsünüz ki, qatillər dəfələrlə müsahibələrində deyiblər ki, saat 9-da hadisə törətməli idim, getdim 9-a kimi tamaşaya baxdım, fikrimdən yayındım. Baş rolun ifaçısı ona deyib ki, sən bu səhvi edib, həyatını məhv etmə. O sənətkar çox xoşbəxtdir ki, tamaşaçıya təsir edə bilir. Biz insanlar üçün, tamaşaçılar üçün səhnədə yaşayırıq. Əgər onlara təsir edə biliriksə, deməli, biz xoşbəxtik".