Ötən ilin əvvəlində dostları ilə birgə "Marafon idman klubuna hücum edən Ziyadxan Sədiyev yığma komandaya qayıdıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, MMA (qarışıq döyüş növləri) üzrə milli komandanın üzvü uzun fasilədən sonra komandaya qəbul edilib. O, bir müddətdir ki, digər MMA döyüşçüləri ilə birgə zalda məşqlərə da qatılır.
Məlumatda bildirilir ki, Z.Sədiyev törətdiyi əməldən sonra bir neçə gün saxlanıldıqdan sonra sərbəst buraxılıb.
"İnstagramda aktiv olan Z.Sədiyev bu yaxınlarda həbsdə ölən "qanuni-oğrulardan Nurani İbrahimovun qəbir daşını paylaşıb: "Allah rəhmət eləsin sənə qardaşım Nurani. Allah ailənə, dostlarına, qardaşlarına səbr versin. Məkanın cənnət olsun.
Xatırladaq ki, Z.Sədiyev ötən ilin əvvələrində Binəqədidə yerləşən "Marafon idman zalında dava salıb. Daha sonra dəyənək, balta, "beşbarmaq və başqa soyuq silahlarla silahlanmış bir qrup şəxs məşq zamanı zala hücum edərək, zaldakı idmançılara xəsarət yetiriblər. Məlumatda bildirilmişdi ki, insidentə məşqçilər - MMA üzrə Dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyev arasındakı mübahisə səbəb olub. Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla, 5 nəfər xəsarət almışdı. Ziyadxan Sədiyevlə bərabər 5 nəfər həbs olunmuşdu. Xəsarət alanlardan Ə.Nəcəfi: " 5 dəqiqəyə 17 nəfəri əlisilahlı yığıb, zala gətirmək asan məsələ deyil. Bu məsələnin arxasında dayananlar araşdırılmalıdır deyə bildirmişdi.
Aygün İlqarqızı