Mərhum aparıcı-aktyor Vatan Şaşmazın oğlu dünyaya gəlib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcının həyat yoldaşı Yasemin Adalı oğluna Asil Vatan  adını qoyub.

Xatırladaq ki, Vatan Şaşmaz ötən ilin avqustunda keçmiş sevgilisi Filiz Aker tərəfindən otellərin birində güllələnərək öldürülüb. Aparıcı müsahibələrinin birində "Ata olmağı çox istəyirəm. Uşaq istəyim olmasaydı, evlənməzdim demişdi.