"Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə yayınlanan "Yerimdəyəm verilişində bu dəfəki mövzu "gözəllik olub.
Unikal.org xəbər verir ki, qonaq qismində əyləşən müğənni Elvin Abdullayev gözəlləşmək üçün bəzi vasitələrdən istifadəyə, əməliyyat olunmağa pis baxmadığını deyib:
"Dünya ulduzları bunu edəndə biz onları alqışlayırıq ki, gözəlləşib. Bizə çatanda niyə belə edib deyirik. Yaşından aslı olmayaraq həmişə cavan qalmaq, gözəl görünmək lazımdır.
Mənim fikirimcə burada pis bir şey yoxdur. Bu gün gəncləşmək və ya gözəlləşmək üçün əməliyyata ehtiyacım yoxdur. Gələcəkdə ehtiyacım olarsa mən də etdirərəm. Bu mənim üçün problem deyil.
Ç.Əhmədov isə yaşını gizlədən sənət adamlarıyla bağlı bu fikirləri səsləndirib:
"İnsanlar var yaşını gizlədir. 7-8 yaş cavan görsənə bilmək üçün... Amma bilirəm ki, o mənimlə eyni yaşdadır. Yalandan deyir ki, 45-46 yaşım var.