AFFA İntizam Komitəsinin iclası keçirilib. "Qafqazinfo xəbər verir ki, bu gün baş tutan yığıncağda aşağıdakı qərarlar qəbul olunub.

Unikal.org AFFA-ya istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XVI turunun "Qəbələ - "Zirə matçında baş verənlər İntizam Komitəsi tərəfindən geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:

"Zirə klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

"Qəbələ klubunun 8 â„–-li futbolçusu Qismət Alıyev, 14 â„–-li futbolçusu Cavid Hüseynov, "Zirə klubunun 43 â„–-li futbolçusu Riçard Qadze, 7 â„–-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanır, hər iki klub 3200 manat cərimə olunur (maddə 42.1).

"Zirə klubunun baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.4). Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək (maddə 33).

"Qəbələ klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunur (maddə 50). Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaqdır.

"Qəbələ klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62)