Azərbaycanlı saxta pul istehsal edən cihazla Türkiyə Bolqarıstan sərhədində saxlanılıb.

Unikal.org xəbər verir ki, Türkiyənin Ədirne vilayətindən Bolqarıstana avtomobillə keçmək istəyən Azərbaycanlı saxlanılıb. Türkiyə gömrükçülərin avtomobildə axtarış apardıqları zaman 'kripto' pul istehsalında istifadə olunan 6 aparat aşkarlanıb.

Hadisə ilə bağlı Gürcüstan əsilli T.T. ilə avtomobildə sərnişin qismində olan Azərbaycan vətəndaşı D.P. saxlanılıb.

Araşdırmaya başlanılıb.