Moskvada təyyarə qəzasında ölən azərbaycanlının cəsədinin qalıqları da tapılmayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, bu ilin fevral ayının 11-də Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olan Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlunun hələ də cəsədi tapılmayıb.
Mərhumun cəsədinin gətirilməsi üçün onun ailəsi Moskvaya gedib. Lakin N.Qəhramanovun cəsədinin tapılıb gətirilməsi hələki mümkün olmayıb.
Namiq Qəhramanovun 3 mərasimi doğulub boya-başa çatdığı Yevlax rayonunda keçirilib.
Xatırladaq ki, Namiq Qəhramanov ailəli olub. Onun 10 yaşlı qızı, 6 və 7 yaşlarında iki oğlu var.