Prezident İlham Əliyev "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2018-ci il 13 fevral tarixli qanununun tətbiqi haqqında fərman imzalayıb.

Unikal.org-un məlumatına görə, fərmanla "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə və "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə Azərbaycan Respublikası medalının təsviri təsdiq edilir.

"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə Azərbaycan Respublikasının medalı ilə təltif etmək səlahiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə verilir.

"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər.

"Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.