Azərbaycanın mobil operatorları tərəfindən təyyarələrdə xidmətlərin göstərilməsinin dayandırılmasına səbəb Binə qəsəbəsində yaşayan abunəçilərin SIM kartlarının təyyarələrin göyərtəsindəki şəbəkə qurğularına avtomatik qoşulması problemi ilə bağlıdır.
Unikal.org xəbər verir ki, bunu trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.
Məlumatda qeyd olunur ki, bu problemlə əlaqədar olaraq hava limanı yaxınlığında yaşayan abunəçilər zəngləri göyərtədəki qurğulara uyğun olaraq yüksək rouminq tarifləri ilə edirdilər:
"Göyərtə qurğularının siqnalı o qədər güclüdür ki, bütün Binə qəsəbəsinin ərazisini əhatə edir. Ona görə də sakinlər tez-tez operatorlara şikayət edirdi. Bunları nəzərə alaraq, təyyarədə mobil xidmətlərin göstərilməsi dayandırılıb".
Qeyd edək ki, bundan əvvəl yerli mobil operatorlar 30 aviaşirkətə məxsus təyyarələrdə xidmət göstərirdi.