Siyəzən rayonunun Zarat kəndində "Volvo" və "Mercedes" markalı iki yük avtomobili toqquşub.

FHN-dən unikal.org-a verilən məlumata görə, nəticədə yanğın baş verib.

Yanğın nəticəsində "Volvo markalı yük avtomobilinin kabinəsi, qoşqusunun bir hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.-‹