İngiltərənin "Sanderlend klubunun sahibi Ellis Şort komandanı pulsuz verə biləcyəini deyib. Ancaq onun bir şərti var. Belə ki, yeni rəhbər bütün borcları ödəməlidir.
Unikal.org xarici məbuata istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Son məlumatlara görə, hazırda "Sanderlendin 137,3 milyon funt-sterlinq borcu var. Məhz bu üzdən də o, vəziyyətdən çıxış yolu kimi klubu satmaq məqsədi güdür:
"İstənilən təklifə açığam. Amma hazırda "Sanderlendin sahibiyəm. Klubu inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm.
Qeyd edək ki, Şort "Sanderlendə 2008-ci ildən rəhbərlik edir.