50 yaşlı model Pamela Anderson gənclər üçün geyimlər hazırlayan "GCDS" brendinin reklamına çəkilib.
Unikal.org axşam.az-a istinadən bildirir ki, amerikalı model Milan Moda Həftəsinə hazırlaşarkən fotokamera qarşısına keçib. Şəkillərin müəllifi Nadya Li Koendir. Nadyanın sözlərinə görə, Pamela filmə də çəkilir.
Ssenariyə əsasən, Andersonun yaratdığı obraz filmin sonunda ölür. Çəkilən reklam kampaniyası da filmin bir hissəsini təşkil edir.