İtaliya A seriyası təmsilçisi "Sampdoriyanın hücumçusu Fabio Kualyarella karyerası ilə bağlı bir çox maraqlı məqamlara toxunub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı forvard mafiya ilə əlaqəsi və bu camiənin adamlarıyla ilk tanışlığı barədə də söz açıb:

"İlk tanışlığım komputerindəki məlumatların xakerlər tərəfindən oğurlanmasından sonra olub. Problem olduğunu dedikdə, De Riso bu problemi həll edəcək şəxsi bildiyini dedi. Ardınca, Fabi və Rafaellə (Neapolun mafiya üzvləri) tanış oldum. Komputerimi xilas etdikdən sonra dostluğumuz yarandı.  "Napoliyə transfer olduğum zaman yerli mafiya üzvləri mənə çox sevindiklərini dedilər.

Lakin bu dostluğun nəticəsi ölümlə nəticələnə bilərdi. Onun həyatını cəhənnəmə çevirəcək hadisələr yaşanmağa başlayıb. Həmin vaxt ölüm təhdidləri alan futbolçunun sözlərinə görə, vəziyyət o həddə çatıb ki, o, hətta komandasını dəyişməli olub: 

"Ancaq sonradan hər şey dəyişdi. Telefonuma çılpaq qız fotoları gəlməyə başladı. Dostum nömrəmi dəyişməli olduğumu dedi. Elə də etdim. Ancaq bu dəfə də həmin fotoları evə göndərməyə başladılar. Ailəmlə qalırdım. Baş verən bu hadisələrdən onlar narahat olurdular, qorxurdular. Atama mənim evdə olmadığımı, gördükləri anda ayağımdan vuracaqlarını deyirdilər. O da narahat olur, mənə, dostlarıma zəng edir, necə olduğumla maraqlanırdı. Bir müddət keçdikdən sonra ailəm evə gələn məktublar barədə mənə məlumat verməməyə başladılar. Narahat olmağımı istəmirdilər. Mənim azyaşlı qızlarla birlikdə olduğumu, narkotikdən istifadə etdiyimi bildirir, internetdə müxtəlif videolar yayırdılar. Gerçək isə tam fərqli idi. Nəhayət, mənə göndərilən hər şeyi bir qovluğa yığaraq, polisə müraciət etdim. Eynən polis filmlərindəki kimi.

Ayrıla bilməzdim, klubla müqaviləm var idi. Ancaq vəziyyət getdikcə pisləşirdi. Ailəmə görə narahat idim. Buna görə, 2010-cu ildə "Yuventusa transfer oldum. Bundan sonra isə Neapolda hamı mənə nifrət etməyə başladı. Onların gözündə idol olduğum halda, xainə çevrilmişdim. Evə yanmış formalarım gəlməyə başladı. Məşqə çıxarkən ağlım Neapoldakı ailəmin yanında qalırdı. Onlara hələ də çılpaq qız fotoları gəlməyə davam edirdi. Hətta bir dəfə kiçik oğlumun fotosunu da bura əlavə etmişdilər.

Ancaq polis nəhayət, Kualyerellanın həyatını cəhənnəmə çevirən şəxsləri tapmağa nail olur. Bu, futbolçunun "mafiyadan olan dostlarım dediyi şəxslər imiş.

Xatırladaq ki, Kualyarella, 2009/10 mövsümündə "Napolidə çıxış edib.