Xəbər verdiyimiz kimi dünən axşam saatlarında Mingəçevirdə yerləşən "Kür Olimpiya İdman Tədris Mərkəzində intihar hadisəsi baş verib. Avarçəkmə üzrə Rusiya yığmasının adı hələ dəqiqləşdirilməmiş təmsilçisi qollarını doğrayaraq intihara cəhd edib. Yaralı təcili xəstəxanaya çatdırılıb.
Məsələ ilə bağlı "Kür Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru və Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti Natiq Abbasovla əlaqə saxladıq. Unikal.org-a danışan mərkəzin direktoru hadisənin intihar olmadığını deyib:
"Dünən axşam baş verən hadisə intihar deyil. Belə ki, Rusiya yığmasının üzvü Aleksandr adlı idmançı ayaqyolunun qapısını aça bilmədiyi üçün əsəbləşib və qapıya yumruq vurub. Bu zaman qapının pəncərəsinin şüşəsi qırılıb onun əlini, damarlarını kəsib. Vəziyyəti yaxşıdır.
Rusiya millisi bir müddətdir ki, bizim tədris mərkəzində təlim-məşq keçir.
*** 10:11
Aldığımız məlumata görə həmin idmançının adıAlexander Dyaçenkodur.Məlumatda bildirilir ki, Lyapunov onun komanda yoldaşıdır. Aleksandır adətən 2 nəfərlik qayıqlarda avarçəkmə yarışlarında Lyapunovla birgə çıxış edir.
Aygün İlqarqızı