Kiyevdə keçirilən beynəlxalq turnirin yarımfinalında 87 kq çəki dərəcəsində azərbaycanlı yunan-Roma güləşi ustası İslam Abbasov Ermənitandan olan dünya çempionu Maksim Manukyana 9:6 hesabı ilə qalib gəlib.
Unikal.org xəbər verir ki, bu şənbə günü baş tutmuş artıq ikinci azərbaycanlı-erməni qarşıdurmasıdır. Daha öncə cüdoçumuz Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə turnirində Ferdinand Karapetyana qalib gəlmişdi.
Finalda İslam Abbasov ukraynalı Jan Belenyukla qarşılaşacaq.