Türkiyənin məşur müğənnisi Sərdar Ortacın irlandiyalı model həyat yoldaşı Chloe ilə şəxsi həyatlarından danışıblar.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Chloe Sərdar Ortacı yaşlandıqdan sonra yeriyə bilməssə tualetə də özü aparacağını deyib:
Model həyat yoldaşının "qocaldıqdan sonra məni tualetə apararsanmı? sualına belə cavab verib: "Təbii ki, aparacam. Biz ömür boyu bərabər yaşayacağıq. Bir gün hər kəs xəstə ola və ya qocalacaq. Özümdən başqa heç kimi qulluq etməyə qoymaram və tualetədə səni özüm aparacam.
Chloe Türkiyə KİV-lərini də qınayıb: "Hər gün bizi boşandırırlar. Türkiyədə boşanmaların sayı artıb. İrlandiyada boşanma heç bu qədər deyil. Mən heç zaman Sərdardan boşanmaq fikrində deyiləm.
Müğənni həmkarı Mustafa Sandaldan boşanmağa hazırlaşan serb müğənni Emina Sandalın boşanmasından da danışıb:
"Sualı cavablandırmaq çox çətindir. Onların boşanmalarına çox üzüldüm. İki gözəl balaları var. Mən həyat yoldaşım Chloe ilə eyni fikirdə deyiləm. Əgər bizim münasibətlərimiz tutmursa nə etməliyik? Onlara eyni. Evdə hər gün bir-birlərinə nifrətlə baxmalıdırlar? Mustafa bəyəndiyim və çox sevdiyim bir insandır. Onun həyat yoldaşını çox tanımıram. Onların boşanmalarını heç istəməzdim.