Daha bir futbol matçı zamanı insidentyaşanıb. Hadisə Yunanıstanda baş verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə insidenti azarkeşlər törədiblər. Hadisə PAOK - "Olimpiakos oyununda baş verib. Yerli azarkeşlər qonaq komandanın ehtiyat oyunçular skamyası tərəfə müxtəlif əşyalar atıblar. Atılan əşyalardan biri "Olimpiakosun baş məşqçisi Oskar Qarsiyanın başına dəyib. Mütəxəssisi xəstəxanaya çatdırıblar. O, səhərə qədər xəstəxanada qalmalı olub.
Qarşılaşmanın baş hakimi əvvəlcə oyunun başlanmasını yubadıb. Amma iki saatdan sonra matç tam təxirə salınıb.
Yüzlərlə fanat isə stadionun ətrafında da ixtişaş törədiblər. Onlar zibil qablarını çevirib, avtomobillərə xəsarət yetiriblər.
Məlumatda bildirilir ki, PAOK-u ağır cəza gözləyir.