"Marseldən qovulduqdan sonra klubsuz qalan Patris Evra qış fasiləsində İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hemlə razılaşıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, fransalı futbolçu ötən həftənin şənbə günü London klubunda ilk oyununa çıxıb. Ancaq müdafiəçinin Premyer Liqaya qayıdışı onaun üçün uğurlu alınmayıb. Belə ki, "Liverpulla səfər oyununda şans qazanan Evra komandasının 1:4 hesablı məğlubiyyətinə üzülüb. Bundan başqa, 36 yaşlı futbolçu oyunda ciddi zədə də alıb. O, matçdan sonra "tvitter hesabında ayağının şəklini paylaşıb və dizinə 3 tikiş atıldığını deyib:
"Buna baxmayaraq, Premyer Liqaya qayıtdığıma şadam. Sərt oyun üçün darıxmışdım.
Xatırladaq ki, Evra 2006-2014-cü illər aralığında "Mançester Yunayteddə çıxış edib. Ötən ildən "Marselin şərəfini qoruyan futbolçu, azarkeşi vurduğuna görə bu klubdan qovulub.