İdman adamları Xocalı soyqırımına biganə qalmadılar. Unikal.org sosial şəbəkələrdə aktiv olan idman adamlarının bugünkü günü necə yad etdiklərini araşdırdı. Xocalı soyqırımı ilə bağlı paylaşılanları diqqətinizə çatdırırq:
7 dəfə Avropa, ikiqat dünya və iki qat paralimpiya çempionu əfsanəvi cüdoçu İlham Zəkiyevin nəzarətində olan "facebook və "İnstagram profillərindən Xocalı soyqırımı ilə bağlı şəkl paylaşaraq belə şərh yazıb:
"Və hələ də heç kim cəzalandırılmayıb.
Sərbəst güləş üzrə milli komandanın baş məşqçisi və AGF-ın I vitse-prezidenti Firdovsi Umudov da "Facebook profilindən bu günlə bağlı şəkil paylaşıb "Xocalını unutmadıq-unutmarıq! Allah bütün şəhidlərimizə rəhmət etsin sözlərini yazıb.
Olimpiya çempionu Toğrul Əsgərov da Xocalı soyqırımına biganə qalmayıb. O bu günlə bağlı şəkil paylaşaraq, #justiceforkhojaly (Xocalıya ədalət) haştəqini edib.
Beşqat dünya, 13 dəfə Avropa çempionu karateçi Rafael Ağayev bu günlə bağlı paylaşım edərək, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Azərbaycan karate Federasiyasıın vitse-prezidenti Güloğlan Cabbarov da bu günlə bağlı paylaşım edib.
Kikboks üzrə 23 qat dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi, "Ağcanavar ləqəbli Edurad Məmmədov da Xocalı Soyqırımı ilə bağlı paylaşım edib və şəhidlərimizə Allahdan rəhmət diləyib.
İkiqat Avropa çempionu, dünya və olimpiya mükafatçısı sərbəst güləşçi Cəbrayıl Həsənov da "instagram" səhifəsi vasitəsilə Xocalı soyqırımını anan foto paylaşıb.