Türkiyənin Baş naziri Binəli Yıldırm Xocalıda qətliam törədənləri lənətləyib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki farksiyasının genişləndirlmiş toplantısında bildirib ki, fevralın 26-da Xocalı qətliamının 26-cı ildönümü tamam olub:
"Xocalıda qətliam törədənləri bir daha lənətləyirəm. Orada yüzlərlə azərbaycanlı bacı-qardaşımız qətlə yetirilib. Təəssüf ki, dünya, o cümlədən Qərb ikili standartdan əl çəkmir. Hollandiya parlamentində 1915-c i illə bağlı qəbul edilən qərar buna nümunə ola bilər. Əvvəlcə öz tarixlərinə baxsınlar. Tarixdə ən pis dosye bu məsələdə Türkiyəyə qarşı iddia irəli edənlərə aiddir. Bizim tariximizdə müstəmləkə, qətliam yoxdur. Türkiyənin şanlı keçmişini kimsə öz dövlətinin qaranlıq tarixi ilə qarışdırmasın. 1990-cı illərdə Bosniya-Hersoqovinada da baş verənlər hələ də yaddaşlarımızdadır".