Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması ilə əlaqədar təsis iclası keçirilib.

Unikal.org xəbər verir ki, toplantıya sədrlik edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov federasiyanın Ali Məclis sədri Vasif Talıbovun tapşırığı ilə yaradıldığını bildirib.

O, qurumun idmanın bu növü üzrə fəaliyyətinin daha mütəşəkkil xarakter alması və bu sahədə kütləviliyin artırılması baxımından əhəmiyyətindən danışıb və kikboksinqin muxtar respublikada gələcək inkişafı ilə bağlı görüləcək tədbirlərdən bəhs edib.

İclas Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması barədə qəbul edilmiş qərar layihəsinin oxunuşu ilə başa çatıb. Federasiyanın sədri vəzifəsinə elə Azad Cabbarov seçilib.