PSJ klubunun hücumçusu Neymar ölkə çempionatının "Marsellə oyununda (3:0) zədələnərək meydanı tərk etməli olmuşdu. Ayaq biləyindən zədə alan braziliyalı futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Neymarın bacısının doğum günü olan 11 mart tarixinə yaxın zamanda zədələnməsi söz-söhbətə səbəb olub. Belə ki, 26 yaşlı futbolçu bundan öncəki üç mövsümdə də zədə və ya cəza səbəbindən 11 mart tarixində kənarda qalmış, bacısının doğum günü şənliyində rahat iştirak etmişdi.
Neymar "Barselonada çıxış etdiyi 2014/15 və 2015/16 mövsümlərində cəza, 2016/17 mövsümündə isə zədə səbəbindən kənarda qalmışdı. Futbolçunun yenə eyni tarixdə kənarda qalmaq ehtimalı söz-söhbətə səbəb olub.
"Marselin müdafiəçisi Amavi isə "Neymar topu alır və bizi gözləyir. Elə bil ona qarşı qaydanın pozulmasını istəyir. Başına belə şeylərin gəlməsi normaldı deyib.