2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının və paraolimpiadanın maskotları bəlli olub. 

Unikal.org xəbər verir ki, tünd göy rəngli hüceyrə olimpiadanın, onun ağ və çəhrayı rəngli yoldaşı isə paraolimpiadanın simvolu seçilib.

Maskotların adları yazda açıqlanacaq.

Simvollar Yaponiya məktəbliləri arasında keçirilən sorğudan sonra müəyyənləşib. Sorğuda ölkənin 16 min məktəbindən 200 min şagird iştirak edib.