AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 17-ci turunun "Neftçi - "Zirə matçının 76-cı dəqiqəsində "Zirənin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 17-ci turunun "Neftçi - "Zirə matçının 42-ci dəqiqəsində "Zirənin futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.