1980-1984-cü illərdə "Barselona" klubunda 1970-1982-xi illərdə İspaniya millisində oynamış Enrike Kastro dünyasını dəyişib.
Unikal.org xarici mətbuata iustinadən xəbər verir ki, sabiq hücumçusu 68 yaşında ürəktutmasından həyatla vidalaşıb.
"Barselona futbolçunun ölüm xəbərinin ardından sosial şəbəkədəki hesabında "Klubumuzun oyunçusu və əfsanəsi Enrike Kastro "Kini dünyasını dəyişib. "Nou Kamp səni heç vaxt unutmayacaq paylaşımı edib.
Qeyd edək ki, "Kini" adı ilə tanınan futbolçu karyerasının böyük hissəsini Xixon "Sportinqində keçirib. O, bu klubda keçirdiyi 443 oyunda 231 qola imza atıb. "Barselonada da top qovmuş sabiq hücumçu, Kataloniya təmsilçisində keçirdiyi 100 oyunda 54 qol vurub. 1981-ci ildə "Barselonanın "Herkulesi 6:0 hesabıyla məğlub etdiyi matçdan sonra qaçırılan Kastro, 25 gün sonra azad olunmuş, elə həmin mövsümdə də çempionatda bombardir olmuşdu.
O, 5 dəfə La Liqada mövsümün bombardirinə verilən "Piçiçi mükafatına sahib çıxıb.
Kini, yığmada keçirdiyi 35 oyunda 8 qol vurub.