Keçmiş model Ebru Şallı paylaşdığı fotosu ilə izləyicilərinin qəzəbinə səbəb olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 41 yaşı olmasına rəğmən ideal bədən quruluşuna sahib model yenə də hesabında şəkil yerləşdirərkən fotoşopdan istifadə edib.

Fotoda boyunu uzadan Ebruya sosial şəbəkə istifadəçiləri belə yazıb:

"Onsuz da uzun və zərifsən. Niyə özünü biabır edirsən?".

Qeyd edək ki, Şallı ilk dəfə deyil ki, fotoşopdan istifadə edir. O, bundan əvvəl də proqram vasitəsilə boyunu uzadıb.