"Mançester Yunayted" bu mövsümün sonu futbolçusu Zlatan İbrahimoviçlə yolları ayıracaq.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo məlumat verib: "Zlatanın "Mançester Yunayted"dəki son mövsümüdür. Futbolçu karyerasını davam etdirib-etdirməyəcəyinə özü qərar verəcək".
Portuqaliyalı mütəxəssis bildirib ki, isveçli hücumçu xüsusi oyunçudur: "Onun pis zədələnməsi bizimlə yaxşı mövsüm keçirməsinə mane oldu. Zlatanın möhtəşəm karyerası var. O, futbol karyerasının davam etdirməyə layiqdir".
Qeyd edək ki, Z.İbrahioviç bu mövsüm zədə səbəbindən ölkə çempionatnda cəmi 5 matçda oynayıb.