Seda Bakan və həyat yoldaşı Ali Erel ad günü partisində gərgin anlar yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cütlük özəl gününü qeyd etmək üçün gecə klublarından birinə yollanıb. Bir müddət sonra Bakan və həyat yoldaşı arasında dava düşüb.

Onların davası məkanda olan digər şəxsləri də narahat edib. Aralarındakı mübahisə böyüyəndə cütlük səsini yüksəldib. Hər kəsin onlara baxdığını görən Ali və Seda kənara çəkilərək bir-birindən uzaqlaşıb.