İmişli rayonunda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İmişli rayonunda ümumi sahəsi 50 m2 olan 2 otaqlı köməkçi tikilinin bir otağının tavanı 20 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.