Türkiyənin məşhur müğənnisi Ece Seçkin evinə hücum olunub. Evə daxil olan şəxslər maskalı olublar.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, həmin maskalı şəxslərin məqsədi oğurluq olub.
Naməlum şəxslər evə oğurluq məqsədilə giriblər. Onlar Ecenin evdə olan anası Lale Seçkinin əl-ayağını bağlayaraq bıçaqla onu hədələyiblər. İfaçının anası özünü bilərkdən huşu getmiş kimi göstərib. Fürsətdən istifadə edən oğrular qiymətli əşyaları götürərək evdən çıxıblar.
16 saatlıq axtarışdan sonra namlum şəxslərin evə girə bilmələrinin səbəbi məlum olub. Onların Ecenin qonşuluğundakı villada qulluqçu işləyən qadının evin açarlarının surətini çıxararaq onlara verməsi ilə evə girdikləri məlum olub. Haisə ilə bağlı 1 nəfər saxlanılıb. Digər 2 nəfərin axtarışı davam etdirilir.