İtaliya yığmasının və "Fiorentina" klubunun futbolçusu Davide Astori qəfil dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,bu barədə klub məlumat verib. Məlumatına görə, 31 yaşlı mərkəz müdafiəçisi bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında ölü vəziyyətdə tapılıb. O, yuxudan ayılmayıb. Astorinin ölüm səbəbi məlum deyil.

"Fiorentina"nın Bakı vaxtı ilə 18:00-da İtaliya A Seriyasının 27-ci turu çərçivəsində səfərdə "Udineze" ilə planlaşdırılan matçı bu səbəbdən təxirə salınıb.

Qeyd edək ki, Davide Astori 2011-ci ildən dəvət aldığı İtaliya yığmasında 13 oyuna 1 qol vurub. O, ötən mövsüm "Fiorentina"nın heyətində Bakıda "Qarabağ"ı 2:1 hesabı ilə yendikləri Avropa Liqasının qrup mərhələsinin son tur matçında sonadək meydanda olub.