Bakıda silahlı şəxslərin həbsi ilə bağlı xüsusi əməliyyat keçirilib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəs 18-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərov həbs edilib.

Ondan 1 ədəd nömrəsi silinmiş "Makarov markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Daha bir əməliyyatı Nəsimi rayon Polis İdarəsi 21-ci polis bölməsinin əməkdaşları keçirib. Əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədov həbs edilib.

Ondan "Makarov markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.