Şəmkir rayonu, Keçili kəndində ümumi sahəsi 20 kvadrad metr və təmir işləri aparılan olan köməkçi tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Unikal.org Xezerxeber.az-a istinadən bildirir ki, hadisə zamanı tikilinin pəncərə şüşələri sınıb, divarlar yanıb. Yangın zamanı evdə təmir işləri görən 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Bunun üçün təcili yardım maşını çagırılıb. Yanıq xəsarəti alan 27 yaşlı Tural Məmmədovu Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparan təcili tibbi yardım maşını isə qəzaya uğrayıb. Belə ki, yüksək sürətlə hərəkətdə olan təcili yardım maşınının qarşısına əks tərəfdən gələn digər avtomobil çıxıb. Təcili yardım maşınının sürücüsü həmin avtomobillə toqquşmadan yayınmağa çalışsa da, buna nail ola bilməyib. Qəza zamanı hər iki avtomobilin sürücüsüsü yüngül xəsarət alıb. Eyni zamanda Şəmkir rayon təcili tibbi yardım stansiyasının həkimi də qolundan və bilək nahiyəsindən xəsarət alıb. Qeyd edək ki, yanıq xəsarəti alan Tural Məmmədov Bakı şəhər mərkəzi yanıq xəstəxanasına göndərilib. Onun vəziyyətinin isə ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.