İngiltərə Futbol Assosiasiyası "Mançester Sitinin baş məşqçisi Xosep Qvardiolaya qarşı ittiham irəli sürmüşdü.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Qvardiola Kataloniyanın müstəqilliyi uğrunda həbs olunanlara dəstək nümayiş etdirmək üçün sarı lent taxırdı. Federasiya bunu siyasi aksiya kimi qiymətləndirmişdi və Pepə qarşı iş açmışdı.
Qvardiola bu ittihamı qəbul edib. O, bildirib ki, federasiyanın qaydalarına əməl edəcək və bundan sonra sarı lent taxmayacaq.
Ancaq Pep bu aksiyasını Çempionlar Liqasının oyunları zamanı davam etdirmək niyyətindədi. Çünki ÇL-də bununla bağlı hər hansı qadağa yoxdu.