Daşkəsən sakini özünü asaraq intihar edib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb.

Rayon sakini 1991-ci il təvəllüdlü Həsənov İlkin Şahin oğlu yaşadığı evdə özünü qaz şlanqı ilə asaraq intihar edib.

Yaxınları bildiriblər ki, İ. Həsənov intihar etməzdən əvvəl içkili vəziyyətdə olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.