"Portunun ispan qapıçısı İker Kasilyas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Unikal.org xəbər verir ki, Kasilyasa "Nyukasl maraq göstərir. Məlumata görə, "Nyukaslın baş məşqçisi Rafael Benites onun komandaya dəvət edilməsinə səy göstərir.
Əslində, "Nyukasl Kasilyası 2017-ci ilin yayında transfer etməyə cəhd göstərib. Amma sonradan klub Çexiya "Spartasının qapıçısı Martin Dubravkanı icarə əsasında heyətə cəlb edib.
Yayda Kasilyasın "Portu ilə müqaviləsi başa çatır və o, azad agent kimi istənilən kluba keçə bilər. Benites məhz bu məqamdan yararlanıb, məşhur həmyerlisini sərəncamında görmək istəyir.
"Portu rəhbərliyi bildirib ki, məvacibi çox olduğu üçün Kasilyasa yeni müqavilə təklif olunmayacaq.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, qapıçı ilə "Betis də maraqlanır.