"Mən burada prezidenti və icra hakimiyyətini təmsil edirəm. Qanunverici hakimiyyətin və dördüncü hakimiyyətin də nümayəndələri burada var.
Unikal.org xəbər verir ki, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovAzərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayında deyib. O, 25 illik məmur həyatında özünü yalnız 3 halda güclü hiss etdiyini vurğulayıb:
"Bunlardan biri prezidentin tapşırıqlarını vaxtında icra edib ona məlumat verəndə güclü oluram.
İkincisi, milli ordunun hökumət evi qarşısında paradı keçiriləndə güclü oluram.
Üçüncüsü isə, media təmsilçiləri içində olanda özümü güclü hesab edirəm.
Azərbaycan dövlətini heç kim aşağılaya bilməz. Heç zaman məğlub da edə bilməz. Onu milli prinsiplərdən, ideyalardan uzaqlaşdıra bilməz. Biz prezidentimizlə, qələm sahibləri ilə birgə olanda güclüyük".