Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. 

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Unikal.org-a bildirib ki, Məhsul Stadionunun ətrafında polis postları qurulacaq, əraziyə avtomobillərin girişinə qadağa qoyulacaq. Təhlükəsizlik məqsədi ilə stadiona keçən vətəndaşların üzəri yoxlanılacaq. 

O, əlavə edib ki, içəri yad əşya keçirilməsinə imkan verilməyəcək. Stadiona daxil olan vətəndaşlardan polis şəxsiyyət vəsiqəsi tələb etməyəcək. Əgər kiminsə yaşının 18-dən az olması ilə bağlı şübhə yaranarsa, həmin şəxslərdən sənəd tələb olunacaq. 

BŞBPİ-nin rəis müavini qeyd edib ki, azyaşlılar stadiona- mitinq keçirilən əraziyə buraxılmayacaq.

Famil Fərhadoğlu