Rusiyalı şahmatçı Sergey Karyakin hesab edir ki, onun Berlində keçirilən İddiaçılar turnirində qələbə qazanmaq şansları var.

Unikal.org report.az-a istinadən bildirir ki, o bunu I turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra deyib.

"Ola bilsin ki, mən turnir başlayana qədər indikindən daha nikbin idim. Lakin turnir uzun çəkəcək və ümid edirəm ki, mənim hələ qələbə qazanmaq üçün şanslarım olacaq. Bunun üçün mənə öz oyunumu tapmaq lazımdır", - deyə o bildirib.
Növbəti turda Karyakin digər rusiyalı şahmatçı Kramniklə qarşılaşacaq.