"Latsionun yarımmüdafiəçisi Luiş Nani təyyarədə azarkeşlə dalaşıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə "Kalyari ilə səfər oyunundan (2:2) sonra baş verib. Bir neçə azarkeş də komandanı Romaya gətirən təyyarədə olub.
Fanat Naniyə oyununa görə irad bildirib. Özünü saxlaya bilməyən portuqal futbolçu onun üstünə hücum edib.
Onları sakitləşdirmək üçün digər futbolçular araya girməli olublar. Təyyarə reysi 20 dəqiqə yubanmalı olub.
Nani ilə mübahisə edən azarkeş təyyarənin arxa oturacağına yerləşdirilib. O, Romada bütün futbolçular salonu tərk etdikdən sonra təyyarədən buraxılıb.