Fransalı modelyer Yuber de JiVanşi (Hubert de Givenchy) 91 yaşında dünyasını dəyişib.

Unikal.org-un xəbərinə görə, modelyerin şənbə günü yuxuda öldüyü bildirilir. Dəfn mərasimi yaxın dostlar və qohumların əhatəsində mətbuata qapalı şəkildə keçiriləcək.

Jivanşi 1927-ci ildə Bove şəhərində anadan olub. Fransanın faşistlərdən azad edilməsindən sonra Parisə köçüb və orada müxtəlif modelyerlərin köməkçisi işləyib. Öz soyadını daşıyan böyük moda evinin əsasını 1952-ci ildə qoyub.

Dünya şöhrətini ona Odri Hepbernnin iştirakı ilə çəkilmiş klassik filmlər, o cümlədən "Tiffanidə səhər yeməyi filmi üçün tikdiyi paltarlar gətirib. Aktrisa və modelyer 40 ilə yaxın dostluq edib və bu münasibətlər həm moda aləmi, həm də kinomotoqrafiyada böyük dəyişikliklərə səbəb olub.(oxu.az)