Bu gün Topaz Premyer Liqada 20-ci tura start verilib.
Unikal.org-un məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.
"Keşlə" öz meydanında "Qəbələ"ni qəbul edib. Roman Qriqorçukun komandası 2-ci pillədəki mövqeyini daha da möhkəmləndirmək üçün səfərdən qələbə ilə qayıtmalı idi. Paytaxt təmsilçisi isə qalib gələcəyi təqdirdəbir pillə irəliləyərək 6-cı yerə yüksələcəkdi. Lakin görüşdə qalib müəyyələşməyib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Bu görüşukraynalı baş məşqçilər - Yuri Maksimov ("Keşlə") və Roman Qriqorçukun ("Qəbələ") Premyer Liqamızda ilk qarşılaşması idi.
Qeyd edək ki, turun daha üç oyunu sabah keçiriləcək.