PSJ-nin prezidenti Naser Əl-Xələfi mövsümün sonunda klubdan ayrılaraq "Reala yollanacağı deyilən Neymarla başlı açıqlama verib.

Unikal.org xəbər verir ki, bir müddət öncə zədələnən və uzun müddət yaşıl meydanlardan uzaqda qalacaq braziliyalı futbolçu hazırda vətənindədi. Fransa mətbuatında yer alan məlumata görə, Paris təmsilçisinin rəhbərliyi Neymarla görüşmək üçün Braziliyaya yola düşüb. Xəbərdə Əl-Xələfi ilə hücumçu arasında görüşün uğurlu keçdiyi, futbolçunun PSJ-də qalmaq qərarı verdiyi qeyd edilib.

Məsələylə bağlı Əl-Xələfi Fransa mətbuatına açıqlama verib. O, Neymarın PSJ-də xoşbəxt olduğunu, komandada qalacağını deyib:

"Neymar xoşbəxtdi və komandaya geri dönməyi səbirsizliklə gözləyir. Ən qısa müddətdə yaşıl meydana qayıtmaq üçün əlindən gələni edir.