Azərbaycanda gəmiçilik sahəsində çalışanlar üçün medallar təsis edilir.

Unikal.org-un məlumatına görə, bununla bağlı prezident tərəfindən Milli Məclisə "Gəmiçilik sahəsində xidmətlərə görə və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018) medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanuna dəyişiklik layihəsi təqdim olunub.

Layihədə medalların forması təsvir edilib.

Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.